Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Akkumulyatorlar batareyasına xidmət göstərin
|
- İş paltarını geyinin.
- Akkumulyatorun bankalarında elektrolit məhlulunun sıxlığını aerometr vasitəsilə
müəyyənləşdirin və elektrolit məhlulunun sıxlığına uyğun olaraq məhlul və ya distillə
olunmuş su əlavə edin.
- Batareyalarda ara qatından elektrolit məhlulunun səviyyəsini müəyyən edin və lazım
gələrsə, elektrolit məhlulu əlavə edin.
- Hər batareyalarda yoxlama çəngəli ilə gərginliyi yoxlayın.
|
- Traktora bir batareya qoyun və onu sistemə birləşdirin
|
- İş paltarını geyinin.
- Akkumulyatorun “-“ klemmasını kütlə açarı ilə, “+” klemması isə starterin sıxacı ilə
birləşdirin.
|
- Traktora iki batareya qoyun və onu sistemə birləşdirin
|
- İş paltarını geyinin.
- Batareyanın birinin “+” klemmasını ikincinin “-“ klemmasına, ikinci batareyanın “+”
klemmasını starterin sıxacına bağlayın. Birinci batareyanın “-“ klemmasını “kütlənin”
açarına birləşdirin.
|
4. Generatorun diaqnostikası |
- İş paltarlarınızı geyinin.
- Lazım olan cihaz və tərtibatları iş stoluna yerləşdirin.
- Traktoru işə salın və generatorun diaqnostikasını öyrəndiyiniz ardıcıllıqla aparın.
- Nəticəni qeyd edin.
- Generatorun sökülməsinə ehtiyac varsa, onu saz vəziyyətə gətirin.
|
- Kabel və taxılma birləşmələrinin təmirini həyata keçirin
|
- İş paltarını geyinin.
- Təmir zamanı sıradan çıxmış kabel və taxılma birləşmələrini elektrik cihazları
lövhəsindən ayrılıqda ayırmaqla əvəzləyin.
|