Bu bölmədə yedəkçi və ya özüyeriyən maşınlarda elektrik avadanlıqlarının iş prinsipi və onlara texniki xidmətin göstərilməsi haqqında məlumat verilir.
Elektrik avadanlığı cihazlarından işıqlandırma, siqnalizasiya, mühərriki işəsalma və nəzarət cihazlarının işini təmin etmək, karbüratorlu işəsalma mühərriklərində isə həm də iş qarışığını alışdırmaq məqsədilə istifadə olunur.
Elektrik avadanlıqları yedəkçi texnikanın - traktorun və ya digər özüyeriyən maşınların gecə yol gedərkən və ya əməliyyat yerinə yetirərkən işıqlandırılması üçündür.
Elektrik avadanlıqları traktorun üzərində təyinatı və istifadəsinə uyğun müxtəlif yerlərdə yerləşdirilmişdir.
Traktorların elektrik avadanlıqları
Traktorun elektrik avadanlıqlarının yerləşdirmə və birləşmə sxemi Şəkil 4.1 - də verilmişdir.
Sxemdə traktorun elektrik avadanlıqlarının əsas cihazları göstərilir. Onlar şərti olaraq “birməftilli” adlandırılan sxem üzrə birləşdirilmişdir, çünki ikinci məftil yerinə traktorun metal hissələrindən (kütlədən) istifadə olunur.
Akkumulyator batareyaları (Şəkil 4.2) mühərrik dayananda, yaxud kiçik dövrlərlə işləyəndə işlədicilərə elektrik enerjisi vermək üçündür. Batareya üç, yaxud altı ədəd ardıcıl birləşdirilmiş turşulu - qurğuşunlu akkumulyatorlardan ibarətdir.
Akkumulyatorlar ümumi qabda - gövdədə quraş - dırılmışdır.
Akkumulyatorda olan bankaların sayından asılı olmayaraq onun iki klemması/birləşdirici bəndi olur.