- Qoşma texnikanı traktorun qoşqu qurğusuna birləşdirin
|
- İş paltarını geyinin.
- Traktora qoşulan hər hansı kənd təsərrüfatı texnikasının qoşqu bəndini traktorun qoşqu
qurğusuna yaxınlaşdırın.
- Qoşqu qurğusunun maşının qoşqu bəndi ilə eyni hündürlükdə olduğuna əmin olun.
- Hündürlük səviyyələrində fərq yaranarsa, onu, traktorun qoşqu qurğusunu və ya bəndi
yerində döndərməklə bərabərləşdirin.
- Traktorun qoşqu bəndindəki birləşdirici barmağı çıxarın.
- Qoşulan texnikanın qoşqu bəndini traktorun qoşqu qurğusunun bəndinin deşikləri arasına
keçirin və saxlayıcı barmağı bu deşiklərdən keçirərək qoşqunu birləşdirin.
- Traktoru işə salıb arxa güc ayıran valı işə salıb aqreqatlaşdırmanın düzgünlüyünü
yoxlayın.
|