Sürət rejiminə görə daimi fırlanan tezlikli və sinxron güc ayıran vallara ayrılır.
Daimi tezliklə fırlanan güc ayıran valları
Daimi tezliklə fırlanan güc ayıran valları (Şəkil 3.21) 540 və 1000 dövr/dəqiqə olur.
Traktorlar bu fırlanma sürətini təmin edir.
Sinxron güc ayıran vallar
Sinxron güc ayırıcı vallar (Şəkil 3.22) ötürmənin birləşməsinə ötürmə ədədindən asılıdır.
Traktorun güc ayıran valı vasitəsi ilə hərəkətin ötürülməsi
Traktorla aqreqatlaşan kənd təsərrüfatı texnikasının işçi orqanları hərəkət tələb etdiyi halda fırlanma hərəkəti vermək üçün güc ayıran vala qoşulan texnikanı hərəkət alan val birləşdirilməlidir (Şəkil 3.23).
Traktora aqreqatlaşan kənd təsərrüfatı maşınına güc almaq üçün kardan ötürməsi qoyulur.
Aqreqatlaşdırma zamanı kardan ötürməsinin daxili şlisli olan hissəsi GAV - ın xarici şlisli olan hissəsinə geydirilir.