Asılı intiqallı güc ayıran val (Şəkil 3.18) fırlanma hərəkətini qüvvə ötürücünün valından alır və əsas ilişmə muftasını işdən ayıran kimi dayanır (məsələn, traktoru dayandırmaq, yaxud ötürmələri dəyişmək üçün).
Qismən müstəqil intiqal ötürmələri dəyişərkən və traktora sürət verərkən güc ayıran valın fırlanmasını təmin edir, lakin traktor gedə - gedə güc ayıran valı qoşmağa və ayırmağa imkan vermir.
Şəkil 3.19 - da:
Müstəqil intiqallı güc ayıran valı fırlanma hərəkətini ilişmə muftasının aparan hissəsi vasitəsilə dirsəkli valdan alır və bu halda həmin muftanın qoşulub - qoşulmamasının heç bir təsiri olmur. Planetar, yaxud friksion mexanizminin köməyi ilə, traktor gedə - gedə, yaxud dayanan zaman müstəqil intiqallı güc ayıran valı qoşmaq və ayırmaq olar (Şəkil 3.20).