3.2.1. Traktorun əlavə qabaq əks yükləri
Traktora arxadan asılmış maşınların ağırlığından traktorun dayanıqlılığını qorumaq, qabaq oxa düşən yüklərin xeyli azalması şəraitində traktorun normal idarə edilməsini saxlamaq üçün əlavə əks yüklər qoyulur (Şəkil 3.6). Hər biri 20 kiloqram, ümumi kütləsi 220 kiloqram və ya hər biri 45 kiloqram, ümumi kütləsi 510 kiloqram yükü traktorun qabaq hissəsinə bağlanan xüsusi dirsəkdə qoyulur, mil və qayka ilə çəkilib bərkidilir.
3.2.2. Qabaq əksyüklərin traktora birləşdirilmiş vəziyyəti
Qabaq əks yüklərin kütləsi traktorun mühərrikinin gücündən asılı olaraq onun aqreqatlaşan kənd təsərrüfatı texnikasının çəkisindən və qabaritindən asılıdır. Asılan texnikanın çəkisi nə qədər çox, qabariti nə qədər böyük olarsa, onun yarada biləcəyi anı tarazlamaq üçün bir o qədər əlavə əks yüklər qoyulur. Belarus 1523 markalı traktora qoyulmuş əks yüklərin görünüşü şəkil 3.7 - də verilmişdir.
3.3. Üçnöqtəli asma sxemi
Asma üçnöqtəli sxemlə birləşdirildikdə maşın və alət dayanıqlı olur, traktorun düzxətli izindən heç bir yana meyl etmir. Məsələn, kultivator və səpin maşını ilə işləmək üçün bu cür asqı zəruridir. Üçnöqtəli sxem (Şəkil 3.8) traktorun həm arxa hissəsinə və həm də qabaq hissəsinə quraşdırılır. Traktorun asma mexanizminə asılan kənd təsərrüfatı maşını A, B və C nöqtələrində asılır. |