Bu təlim elementində hidravlik asma sisteminin iş prinsipi və onlara texniki xidmətin aparılması öyrənilir.
Hidravlik asma sistemi iki əsas hissədən ibarətdir: asma mexanizmindən və hidravlik sistemdən. Asma mexanizmi asma maşının traktora birləşdirmək, qaldırmaq, endirmək və istənilən vəziyyətdə saxlamaq, habelə iş zamanı onun düzgün vəziyyətdə qalmasını təmin etmək üçündür. Hidravlik sistemin köməyilə traktorçu öz iş yerindən asma maşını endirə, torpağın şumlanma dərinliyini nizamlaya, habelə maşını nəqliyyat vəziyyətinə gətirə bilər. Sistem əsas (Şəkil 2.2): hidravlik (yağ) nasos, yağpaylayıcı, qüvvə silindrləri, asma mexanizmi, yağ bakı, metal yağ boruları, yüksək təzyiqli yağ şlanqları, özübağlanan klapan, yavaşıdıcı klapan və ayırma muftaları aqreqatlarından ibarətdir. Hidravlik nasos mühərriki mexaniki enerjisini yağ axınının enerjisinə çevirir. Paylayıcı yağ axınını hidronasosdan qüvvə silindrlərinə, yaxud baka yönəldir və yağı qüvvə silindrlərinin boşluqlarında saxlaya bilir.
Hidravlik asma sistemi traktora asılmış kənd təsərrüfatı maşınını idarə etmək üçündür. Traktorun hidravlik asma sisteminin (HAS) təsir yollarına və quruluşuna diqqət edin (Şəkil 2.1)!
Traktorun hidravlik asma sistemi (HAS) traktora qoşulan, asma və yarımasma kənd təsərrüfatı texnikalarının idarə olunmasını təmin edir. Hidravlik sistemdən və asma mexanizmindən ibarətdir.
Hidravlik sistem traktorun üzərində müxtəlif yerlərdə quraşdırılıb (Şəkil 2.2).
Şəkildə