Su ilə soyutma sistemində soyuducu maye kimi su və ya antifrizdən istifadə olunur.
Soyutma sistemində ən yaxşısı yağış, yaxud qar suyundan istifadə etməkdir. Çünki onların tərkibində duz yoxdur. Cod sudan istifadə məcburiyyəti qarşısında qaldıqda ən asan yol onu qabaqcadan 30 - 40 dəqiqə qaynatmaqdır. Həmin vaxt ərzində duzların çox hissəsi sudan ayrılır. Suyu durulmağa qoymaq və sonra sistemə tökmək lazımdır.
Antifriz (Şəkil 1.29) (Tosol və ya OЖ - 40) - aşağı temperaturda donmayan, mühərriklərin soyutma sistemində istifadə olunan mayedir. Antifriz - ikiatomlu etilenqlikol (65 faiz), su (35 faiz) və antikorroziya qatqılarından (inhibitor) ibarətdir.
Soyutma sisteminə xidməti yerinə yetirin:
Dizelin 2000 moto - saat iş həcmində soyutma sisteminə 50 - 60 qram kalsium soda, 1 litr su məhlulundan istifadə etməklə və 2 litr kerosini radiatora əlavə etməklə sistemi doldurun.
Mühərriki işə salaraq 8 - 10 saat işlədin, daha sonra məhlulu boşaldın və sistemi təmiz su ilə yuyun.
Diqqət! Soyutma sistemində qısa boruların (Şəkil 1.30) birləşmələrinin kipliyinə diqqət edin.