Şəkil 1.19. Zərif təmizləyici yanacaq süzgəci
Şəkil 1.20. Zərif təmizləyici yanacaq
süzgəcinin elementinin dəyişdirilməsi
1 - Süzgəcin qapağı;
2 - Süzgəc elementı;
3 - Süzgəcin gövdəsi;
4 - Tıxac.
1.6.2. Zərif təmizləyici yanacaq süzgəcinin
elementləri
Zərif təmizləyici yanacaq süzgəcinin
elementləri ilə tanış olun (Şəkil 1.20).
Dizelin hər 1000 moto - saat iş həcmində süzgəc
elementini dəyişdirin. Buna görə:
- Yanacaq bakının kranını bağlayın;
- Gövdənin (3) aşağı hissəsindən tıxacı (4)
açaraq yanacağı süzgəcdən boşaldın;
- Qapağın bərkidici boltlarını (1) açın və
qapağı çıxarın:
- - Gövdədən süzgəc elementini (2) çıxarın;
- Süzgəc gövdəsinin daxili səthini yuyun;
- Süzgəci yeni süzgəc elementi ilə yığın.
- Yanacaq bakının kranını açın və sistemi
yanacaqla doldurun;
- Yanacaq nasosunun gövdəsindən havanın
çıxarılması üçün tıxacı və zərif süzgəcin
ştuserini 1 - 2 dövrə açın;
- Sorucu nasosla sistemi doldurmaqla
süzgəcdən yanacaq çıxan halda əvvəlcə
süzgəcin, daha sonra yanacaq nasosunun
tıxacını bağlayın.
1.6.3. Kobud yanacaq süzgəcinin yuyulması
Dizelin hər 1000 moto - saat iş həcmində süzgəc
elementini yuyun (Şəkil 1.21). Ona görə:
- Yanacaq bakının kranını bağlayın;
- Stəkanın bərkidici boltlarını açın;
- Stəkanı (3) çıxarın;
- Torlu əksetdiricini (2) çıxarın;
- Əksetdiricini çıxarın;
- Torlu əksetdiricini və süzgəcin stəkanını
yuyun və onları yerinə qondarın;
- Yanacaq bakının kranını açın və sistemi
yanacaqla doldurun;
- Yanacaq nasosunun gövdəsindən havanın
çıxarılması üçün tıxacı və zərif süzgəcin
ştuserini 1 - 2 dövrə açın.