1.3.3. Yağın dəyişdirilməsi
Şəkil 1.10. Yağın dəyişdirilməsi
Traktor mühərrikinin yağı hər 600 saat işdən
sonra dəyişdirilir.
Yağı aşağıdakı ardıcıllıqla dəyişirlər:
- Axıtma deşiyinin tıxacını çıxarıb yağı
boşaldın (Şəkil 1.10);
- Mühərrikin yağ qabına yağ dizel yanacağı
töküb onun axmasına imkan verin;
- Axıtma deşiyinin tıxacının maqnitini
təmizləyin, tıxacı dizel yanacağında yuyub
yerinə qoyun;
- Magistral süzgəci söküb hissələrini dizel
yanacağında yuyun, süzgəci yığıb yerinə
qoyun;
- Qaba şupun yuxarı qeydinədək yağ tökün;
- Mühərriki bir neçə dəqiqə işlədib yağın
səviyyəsini ölçün;
- Lazım gəldikdə yağ əlavə edin
1.4. Dizel mühərrikinin qida sistemi
Daxili - yanma mühərriklərinin qida sisteminin vəzifəsi yanacaq və hava qarışığı hazırlamaq
və qarışığı mühərrikin silindrlərinə verilməsi və yanmasını təmin etməkdir.
Dizel mühərrikinin qida sistemi mühərrikin silindrlərinə yaxşı təmizlənmiş hava və yanacaq
verir və işçi qarışığı hazırlayır (Şəkil 1.11).
Dizel mühərriklərində hava və yanacaq ayrı - ayrı yolla silindrlər başlığına verilir, hava
sıxılır, onun təzyiq və temperaturu yüksəlir, sıxılmış və qızmış havaya yanacaq forsunkadan
narın halda püskürülür. Partlayışla yanma baş verir.
1.4.1. D - 260.1 dizel mühərrikinin qida sisteminin elementləri
D - 260.1 dizel mühərrikinin qida sisteminin elementlərini öyrənin (Şəkil 1.11):
1 - Yanacaq çəni;
2 - Yanacaq çənindən çıxan yanacaq borusu;
3 - Kobud yanacaq süzgəci;
4 - Kobud yanacaq süzgəcindən çıxan yanacaq borusu;
5 - Yanacaq nasosu;
6 - Yanacaq nasosunun başlığından hava buraxılması üçün tıxac;
7 - Artıq yanacağın yanacaq çəninə axıdılma borusu;
8 - Vurucu nasosdan zərif təmizləyici süzgəcə yanacağın ötürülmə borusu;
9 - Çöküntünün axıdılma tıxacı;
10 - Yanacağın zərif təmizləyici süzgəci;