Yağlamadan əsas məqsəd detalların yeyilməsini və yeyilməyə enerji itkisini azaltmaqdır. Bundan başqa, yağ araboşluqlarını kipləşdirir, yeyilmə məhsullarını oradan yuyub aparır, detalları soyudur və onları korroziyadan qoruyur.
Yağlama sistemində yağ məcburi olaraq təzyiq altında dövr etdirilir.
Yağlama sisteminin elementlərini öyrənin (Şəkil 1.2).
1 - Yağ təknəsi;
2 - Yağ qəbuledicisi; 3 - Yağ nasosu; 4 - Yağ süzgəci; 5 - Ötürücü klapan; 6 - İstilik ötürücüsü; 7 - Mərkəzdənqaçma tipli yağ süzgəci; 8 - Yağ təzyiq göstəricisi; 9 - Yağ təzyiqinin qəza vericisi; 10 - Porşenlərin soyuducu forsunkaları; |
11 - Dirsəkli val;
12 - Paylayıcı val; 13 - İki çiyinli milin oxunun yağ kanalları; 14 - Aralıq dişli çarx; 15 - Turbokompressor; 16 - Kompressor; 17 - Yüksək təzyiqli yanacaq nasosu; 18 - Qoruyucu klapan; 19 - Yağın boşaldılması üçün tıxac; 20 - Yağ süzgəcinin ötürücü klapanı. |
Yağlama sisteminin iş prinsipi
Mühərrik işə salındıqda karterin yağ təknəsində olan yağ nasos vasitəsi ilə sistemə vurulur. Yağ magistral yağ kanalı ilə dirsəkli valın əsas və sürgüqolu boyunlarında olan birləşdirilmiş kanal vasitəsi ilə ayrı-ayrı sürgüqolu vasitəsi ilə porşenlərə, porşen barmağına və silindrlərə çatdırılır. Bu səthləri yağladıqdan sonra porşen üzərində olan yağ halqaları ilə sıyrılaraq təknəyə axıdılır.