Hər iki klapan bağlı qalır. Yanacağın yanmasından silindr daxilində temperaturun qalxması və qazın həcminin genişlənməsi nəticəsində yanma kamerada təzyiq artır. Yaranan təzyiq porşeni böyük qüvvə ilə aşağı ölü nöqtəsinə qədər itələyir. Bu zaman porşenin aşağı hərəkəti və sürgüqolu vasitəsilə əlaqədə olduğu dirsəkli valı hərəkətə gətirir, nəticədə porşenin irəli-geri hərəkəti dirsəkli valın fırlanma hərəkətinə çevrilir.
4-cü gediş - xaricetmə (yanmış qazların xaric edilməsi) - xaricetmə klapanı açılır və yuxarıya (ölü nöqtəsinə doğru) hərəkət edən porşen kamerada yanma nəticəsinə əmələ gəlmiş qazları xaricə sıxışdırır. Qaz xüsusi borularda təmizlənərək ətraf mühitə ötürülür.
Sonuncu gediş başa çatanda porşen yuxarı ölü nöqtədə olur. Dirsəkli valın sonrakı fırlanmasında porşen yenidən aşağı ölü nöqtəyə hərəkət etməyə başlayır. Yanma kamerasına yeni yanacaq sorulur və proses təkrarlanır. Yanacaq qarışığının yanması nəticəsində kimyəvi enerji mexaniki enerjiyə çevrilir.
Göründüyü kimi dörd gedişdən üçüncü gediş zamanı porşenin və dirsəkli valın məcburi hərəkəti baş verir. Odur ki, bu gediş işçi gediş adlanır.
İki gedişli mühərriklərdə qazın sorulması və xarici, həmçinin, sıxma və yanma prosesləri paralel baş verir. Burada da yuxarıda qeyd olunan siklin bütün mərhələləri baş verir. Sadəcə olaraq onlar 2 gedişli mühərrikdə kombinasiya olunub. Burada tam iş sikli üçün 4 yox, 2 gediş tələb olunur. Bu mühərriklərdə sorma və yanacaq qarışığının sıxılması mühərrikdən kənarda baş verir (çox vaxt dirsəkli valın alt hissəsində). Bu konstruksiyalarda dirsəkli val yalnız bir dəfə dönür. Qaz dəyişilməsi açıq halda baş verdiyindən yanmış qazla təzə qazın nisbi qarışması baş verir.