7.4.8. Yanacaq doldurma avadanlığı
Yanğın təhlükəsizlik qaydalarına əməl etməklə traktora yanacağı doldurun (Şəkil 7.25). Kabinada kənar şəxsin olmadığına və ötürücü qutunun birləşdirici dəstəyinin neytral vəziyyətdə olduğuna əmin olduqda əməliyyatı mühərrikin işlək vəziyyətində aparmaq olar.
7.4.9. Mühərrikin silindr - porşen qrupunun ölçülərinin xüsusi tərtibatla
çıxarılması
Mühərrikin silindr - porşen qrupunun ölçüləri, yol verilən araboşluğu xüsusi tərtibatla çıxarılır. Tərtibatın üzərində quraşdırılmış mikrometr yüksək dəqiqliklə ölçməni təmin edir (Şəkil 7.26).
7.4.10. Yastıqların çıxarılmasında istifadə edilən tərtibatlar
Yastıqları çıxaran zaman pres və soyunduruculardan (Şəkil 7.27) istifadə edin.
7.4.11. Oymaqları çıxarmaq üçün tərtibatdan istifadə
Oymaqları çıxaran zaman xüsusi soyundurucu tərtibatdan (Şəkil 7.28) istifadə edin. |