7.3.5. Paslanmış qaykaların açılması
Paslanmış qaykaları açmaq üçün əvvəlcə çəkiclə yüngül zərbə ilə döyəcləyin, sonra kerosinlə isladın, daha sonra açmağa başlayın (Şəkil 7.17). Traktorun qabaq və arxa körpülərinin üzərində təmir işləri apararkən saz domkrat və qaldırıcı mexanizmdən, həmçinin, etibarlı altlıqlardan istifadə edin.
7.4. Alətlər və qaynaq aparatları
7.4.1. Təmir zamanı istifadə edilən xüsusi altlıqlar
Traktorun və kombaynın ağır hissələrinə xidmət göstərərkən və ya təmir edərkən qaldırılmalı və etibarlı altlıqlardan (Şəkil 7.18) istifadə edilməlidir.
7.4.2. Hissə və qovşaqların dayaqlı arabacıqlarda daşınması
Təmir və xidmət zamanı hissə və qovşaqların daşınmasını dayaqlı arabacıqlarda (Şəkil 7.19) həyata keçirin. Kabinada kənar şəxsin olmadığına və ötürücü qutunun birləşdirici dəstəyinin neytral vəziyyətdə olduğuna əmin olduqda əməliyyatı mühərrikin işlək vəziyyətində aparmaq olar.
7.4.3. Alətlər dəsti
Traktorun hissə və qovşaqlarının sökülüb yığılmasında, həmçinin onların nizamlanması zama - nı lazım olan alət dəstlərindən istifadə edin (Şəkil 7.20). |