Kənd təsərrüfatında texnika sahədə işləyən zaman xidmət göstərilməsi lazım gəlir. Bu halda xüsusi avadanlıq və tərtibatlarla, yağlama materialları ilə təchiz edilmiş səyyar texniki xidmət avtomobilindən istifadə etmək məqsədəuyğundur (Şəkil 7.11).
7.2.4. Diaqnostika və nizamlama işləri üçün qoşma laboratoriyaTarla şəraitində texnikada baş verən nasazlıqların aradan qaldırılması, nizamlama işlərinin aparılması və xüsusi xidmət işlərinin aparılması üçün tam avadanlıqlaşdırılmış qoşma laboratoriyadan istifadə məqsədəuyğundur (Şəkil 7.12).
Təmir və texniki xidmət işləri apararkən əmək mühafizəsi və təhlükəsizlik qaydalarına hər bir mexanizator, çilingər və ustalar əməl etməyə borcludur. Əks halda bədən xəsarəti ala bilər və ən ağır təhlükə ilə üzləşə bilərsiniz.
Texniki xidmət traktorun, kombaynın və onların işçi orqanlarının texniki xidmət dövrülüyündən asılı olaraq aparılmalıdır.
Traktorlara xidmətin növündən asılı olaraq işə hazırlama, gündəlik və ya 10 moto - saat işdən sonra, müəyyən iş həcmindən sonra, mövsümlük xidmətlər aparılır. Traktorlara 1 - ci texniki xidmət 125 moto - saat işdən, 2 - ci texniki xidmət 500 moto - saat işdən sonra, 3 - cü texniki xidmət 1000 moto - saat işdən sonra aparılır.
Mövsüm dəyişəndə yaz - yay və payız - qış mövsümlərində mövsümlük xidmət aparılır.
İki ildən bir aparılan xidmət yerinə yetirilir.
Texniki xidmət düzgün alət və ləvazimat olmaqla təlimatçının iştirakı ilə aparılır (Şəkil 7.13).