7.1.2. Odun təhlükəli olması haqda xəbərdarlıq
Traktorun hissə və qovşaqlarını kerosin və ya benzinlə yuduqda yuyucu mayenin buxarının alışmasının qarşısının alınması üçün vacib tədbirlər görün: elektrik naqillərinin izolyasiyasının etibarlılığını təmin edin, siqaret çəkməyin (Şəkil 7.2).
7.1.3. Yükqaldırma vasitələrinin təhlükə mənbəyi
Diqqət! Kranlarla iş görən zaman kanatın (Şəkil 7.3) qırılması təhlükə mənbəyidir. Konstruksiyaların qaldırılma və quraşdırılma zamanı qabarit ölçülərinin uzunluğu yükqaldırıcı maşınların qaldırıcı qolundan çox olduqda bu, təhlü - kə mənbəyidir. Diqqət! Texnikanın təmiri və xidməti zamanı qadağalara əməl etməmək təhlükə mənbəyidir. Texnikanın təmiri və xidməti zamanı adi, əldə düzəltmə vasitələrdən istifadə etmək və ya xüsusi qaldırma avadanlığından istifadə etməmək təhlükə mənbəyidir (Şəkil 7.4). |