5.3. Hazır məhsulun satışa hazırlayır.
► Hazır məhsulun satışa hazırlanması
Çiyələyin meyvəsini tez və itkisiz toplamaq üçün əvvəlcədən 3-4 yığıma lazım olan qədər qab hazırlanmalıdır. Yığılan meyvəni müvəqqəti saxlamaq üçün sərin zirzəmiyə qoymaq lazımdır. Çiyələk yığmaq və onu bazara göndərmək üçün 2-3 kq məhsul tutan dayaz, hamar toxunmuş səbət, plastmas qablar və dibi bərk qablar ən yaxşı qab sayılır. Götürdüyümüz qablar mütləq quru və təmiz olmalıdır. Meyvə qablara doldurularkən səliqə ilə toplanmalıdır (Şəkil 5.2).
Çiyələk məhsulunun saxlanması zamanı optimal rütubətlənmə səviyyəsi 90-95 %- dir. Nisbi nəmlik aşağı düşdükdə gilələr turqor vəziyyətini itirir və onların nəqliyyata davamlılığı aşağı düşür.
Saxlanma zamanı giləmeyvələrin keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq məqsədilə onlar saplaqlı olmaqla 1,5-2,0 kq həcmində yeşiklərə, yaxud da 500-700 q-lıq karton qutulara yığılır.