5.2. Çiyələk bitkisinin texniki emalını yerinə yetirir.
► Çiyələk bitkisinin texniki emalı
Çiyələk, əsasən, may-iyun aylarında yetişir. Çiyələk zərif, yumşaq olduğu üçün onu çox saxlamaq mümkün deyil. Buna görə də çiyələyi bir yerdən başqa yerə göndərmək çətindir.
Lakin texniki emaldan keçən çiyələk öz keyfiyyətini itirmir. Onu uzun müddət saxlamaq və ya uzaq yerə göndərmək olur. Çiyələk meyvəsi konserv sənayesində müxtəlif üsullarla emal edilib - sulfidləşdirilir, dondurulur, mürəbbə, kompot, cem, marmelad və povidlo bişirilir. Çiyələkdən müxtəlif şirələr hazırlanır. Çiyələyi qurudub saxlamaq da olur.
İndi ev şəraitində meyvələri konservləşdirib keyfiyyətini itirmədən saxlamaq üçün hər cür imkan vardır. Evdar qadınlar bu imkanlardan istifadə edərək çiyələyi konsevləşdirib qışa saxlaya bilərlər. Konserv edilmiş məhsulu saxlamaq üçün 1 və 3 litrlik şüşə bankalar və balonlar məhsulla doldurulur, sonra sterlizə edilib ağzı kip qapaqla bağlanılır.
Belə banka və balonlar işlətməzdən qabaq yoxlanılmalıdır. Çünki sınıq və ya ağzı sınıq bankalarda bişmiş çiyələk saxlamaq olmaz. Banka və balonu təmiz yumaq lazımdır.
Sterilizə zamanı cihazın və ya qazanın içindəki su bankaların boğazına çatmamalıdır, həm banka, həm də qazanın suyu isti olmalıdır. Bankalar düzüldükdən sonra su vam (zəif odda) qaynadılır (bərk qaynayanda su bankanın içinə dola bilər).
Beləliklə, bankalar sterlizə cihazının içində müəyyən müddət qaynadılır. Sterlizə müddəti dəqiq olmalıdır ki, məhsul xarab olmasın. Sterilizə əməliyyatı qurtarandan sonra bankalar isti ikən cihazdan çıxarılıb qapaqlarını götürmədən tez bərkidilməlidir. Qapaqlar qapaqbərkidən əl maşını ilə bərkidilir. Qapaqbərkidən maşının diyircəyini qapağa yaxınlaşdırıb möhkəmləndirmək lazımdır. Sonra sol əllə bankanın üstündəki diski tutmaq, sağ əllə maşının dəstəyini fırlatmaq lazımdır. Bankanın bərk bağlanmasını yoxlamaq məqsədilə onu ağzı aşağı çevirmək lazımdır. Çiyələkdən ətirli mürəbbə bişirmək olar.
Mürəbbə bişirmək üçün təzə yığılmış çiyələkdən istifadə edilməlidir. Çiyələk yaxşı yetişməli və o qədər də iri olmamalıdır. Çiyələyi əzməmək üçün onu səliqə ilə dərməli, yarpağı və saplağı astaca təmizlənməlidir. Əzilən çiyələkdən mürəbbə bişirmək olmaz.
Mürəbbə bişirən zaman meyvələrin əzilməməsi üçün onları aşağıdakı qaydada bərkitmək olar.