4.3. Çiyələkdə xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı tədbirləri yerinə yetirir.
► Çiyələkdə xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər
Çiyələkdə xəstəlik və zərərvericilərə qarşı mübarizədə aşağıdakıları nəzərə almaq lazımdır:
Qabaqlayıcı tədbir kimi davamlı bitki sortlarından geniş istifadə edilməlidir. Eyni xəstəlik və zərərvericiyə qarşı müxtəlif bitki sortlarının davamlılığı eyni deyil. Bitkinin xəstəlik və zərərvericilərə qarşı davamlılığı bitkinin anatomiyası, morfologiyası, kimyəvi tərkibi, biologiyası və ətraf mühit amillərindən asılıdır.
Qabaqlayıcı tədbirlərdən biri sağlam istehsal vasitələrindən istifadədir. Bitkiçilik məhsulları istehsalında istifadə etdiyimiz şitil toxumun sertifikatı olmalıdır və sağlam bitkilərin alınmasına dair əminliyin olunması vacib rol oynayır.
Qabaqlayıcı tədbirlərdən biri də əkin müddətinin düzgün aparılmasıdır. Çiyələk bitkisinin böyüməsi ilə xəstəlik və zərərvericilərin biologiyası arasında uyğunluq mövcuddur. Çiyələyin əkin vaxtının tezləşdirilməsi və ya gecidirilməsi ilə xəstəlik və zərərvericilərin zərərvurma səviyyəsini aşağı salmaq mümkündür.
Aqrotexnika. Növbəli əkin sisteminə müvafiq olaraq torpağın hazırlanması, torpağa müvafiq bitkinin seçilməsi, suvarma, gübrələmə kimi aqrotexniki tədbirlərin düzgün aparılması bitkilərin zərərvericilərlə yoluxmasının qarşısını alan tədbirlər hesab olunur. Çiyələk bitkisinin sağlam böyüməsi üçün müvafiq iqlim və şərait seçilməlidir.