3.3. Qida maddələrin əhəmiyyətini, formalarını və qəbul yollarını izah edir.
► Qida maddələrin əhəmiyyəti, formaları və qəbul yolları
Çiyələk bitkisini becərmək üçün əlavə qida maddələrinin əhəmiyyəti böyükdür. Belə ki, vegetasiya müddətində bitkinin boy və inkişafını artırmaq üçün əlavə qida maddələrindən istifadə olunur. Qida maddələri içərisində üzvü və mineral maddələrin verilməsi böyük əhəmiyyət kəsb edir. Üzvü maddələrdən çürümüş peyin və ya quş zılı qabaqcadan norma üzrə torpağa verilir. Verilmiş üzvü maddələr torpağı dənəvərləşdirir və bitkinin kök sistemi normal tənəffüs etməklə bərabər torpaqda olan su və suda həll olan mineral maddələrin sorulmasını asanlaşdırır. Eyni zamanda bitkiyə verilmiş azot, fosfor, kalium və s. gübrələrin mənimsənilməsini təmin edir.
Qida maddələri, əsasən toz, dənəvər formada bitkinin kök ətrafına verilir və verilmiş sahə yumşaldılaraq suvarılır.
Vegetasiya müddətində çiyələk bitkisinin tələbatına uyğun olaraq yaz, yay və payız aylarında əlavə yemləmə kimi verilir.