Nəzəri biliklərin qiymətləndirilməsi
Test sualları 9.
Sual 1. Keyfiyyətli yemin heyvanın yem qəbuluna hansı təsiri var?
A) Yem qəbulu azalır
B) Yem qəbulu artır
C) Məhsuldarlıq artır
D) Heç biri
Sual 2. Keyfiyyətli yemin məhsuldarlığa hansı təsiri var?
A) Məhsuldarlıq yüksəlir
B) Məhsuldarlıq azalır
C) Yem xərcləri azalır
D) Təsərrüfatın həcmi genişlənir
Sual 3. Düzgün yemləmə dedikdə nə başa düşülür?
A) Tövlə şəraiti nəzərə alınaraq
heyvanın yemlənməsi
B) Heyvanın cinsinə, növünə,
vəziyyətinə görə yemləmə
C) Heyvanların qruplara ayrılmaqla
ayrı-ayrı saxlanması
D) Yemin keyfiyyətinin təyin edilməsi
Sual 4. Yemin keyfiyyəti ilk baxışdan necə yoxlanılır?
A) Yemin analizini etməklə
B) Əl ilə ovuşdurma, yemi qoxulama ilə
C) Heyvanın yemi qəbul etməsi və artıq
yemin qalması ilə
D) Heç biri
Sual 5. Yem rasionuna diqqət nə deməkdir?
A) Yemin tərkibini bilməklə uyğun yem
rasionunun tərtibi
B) Heyvanın yemlənməsi və yem
axurunun təmizlənməsi
C) Tövlədə yemləmənin təşkili və vəziyyətə
görə yemləmə
D) Yaylaqda heyvanlara əlavə olaraq
qüvvəli yemin verilməsi