Yemin keyfiyyətinin
yoxlanmasını həyata
keçirin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya edin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Keyfiyyətli yem təsərrüfatın investisiyasının
uzunmüddətliliyinin təminatı, yüksək məhsuldarlıq
və sağlam təsərrüfat deməkdir.
- Yemin keyfiyyəti ən önəmli məsələlərdən biridir.
- Keyfiyyətli yem yüksək məhsuldar heyvanların yem
qəbuluna və məhsuldarlığına müsbət təsir göstərir
və məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır.
- Yemin keyfiyyətini əlinizlə, həmçinin əlinizə
götürüb iyləməklə müəyyən edə bilərsiniz.
- Keyfiyyətsiz yem sərt, tikanlı, pis qoxulu olur,
həmçinin heyvanın qabağında qalır.
- Görməklə yemin keyfiyyətini təyin edə bilərsiniz,
qara, kiflənmiş yemlər heyvanın zəhərlənməsinə
səbəb ola bilər.
|
Düzgün yemləmənin
aparılmasını təyin edin.
|
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya edin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Keyfiyyətli yem təsərrüfatın investisiyasının
uzunmüddətliliyinin təminatı, yüksək məhsuldarlıq
və sağlam təsərrüfat deməkdir.
- Heyvanın qabağında yemin qalması, həddindən
artıq yemləmənin də əlamətləri ola bilər.
- Heyvanın qabağında yem demək olar ki, qalmırsa,
bu, yemin normadan az verilməsi deməkdir.
- Bu hallarla rastlaşdıqda, işçiləri və təsərrüfatın
rəhbərliyini məlumatlandırın.
|