Bu da samanın sərfiyyatında əlavə xərclərin yaranmasına şərait yaradır. Həmçinin samanın yığılması üçün də əlavə yer zəbt olunmuş olur. Hər ana qoyun üçün qış mövsümündə saman üçün 0,5-1,5 m3 saxlanma yeri nəzərdə tutulmalıdır. Yığım zamanı əlavə olaraq boş yer həmin yerin ölçüsünün 30 % qədəri artıq saxlanmalıdır. Həmçinin samanın toplanması və yaxud heyvanların altına səpilməsi və peyinlə birlikdə çıxarılması zamanı yaranan əmək sərfi də yaddan çıxmamalıdır.
Sərbəst iş üçün tapşırıqlar