9.1 Yem ehtiyatının saxlanması
Yemin saxlanması üçün ayrıca anbarın (cədvəl 3) olması mütləqdir. Yem saxlama anbarının böyüklüyü mövcud olan saxlanma üsulundan, daha doğrusu, heyvanların tövləyə gətirildiyi vaxtdan asılı olaraq dəyişir. Quru otla yemləmə zamanı hər ana qoyuna yemin saxlanması üçün saxlanma yerinə olan tələbat qışda saxlama dövründə 3,3 m3 təşkil edir. Quru otla-silos qarışığı ilə yemləmə olduqda quru otun saxlanması üçün hər başa 1 m3, eləcə də silosun saxlanması üçün 0,5 və 1 m3 böyüklüyündə saxlanma anbarına ehtiyac var. Qüvvəli yemin saxlanması üçün qışda əlavə olaraq hər baş qoyun üçün 0,2 m3 yer lazımdır.
Cədvəl 3 Yemin saxlanması
Yem | kq/m3 |
Quru ot, açıq şəkildə | 50-75 |
Quru ot, preslənmiş | 200-270 |
Qüvvəli yem | 550-650 |
Mənbə: www.alpinetgheep.com/broschueren-und-
infomaterial.
html
9.2 Samanın saxlanması
Saman heyvanların altına da səpildiyindən, samanı ehtiyat şəklində toplayarkən hər baş heyvan üçün günə 1,0 kq-ma qədər hesablanmalıdır. Həmçinin heyvanların da samanla qidalanmasını nəzərə alaraq, bu zaman yüksək keyfiyyətli yumşaq samanın yığılması daha məqsədəuyğundur ki, bununla samanın qəbulunda yem itkisi çox olmasın və əlavə xərclərə səbəb olmasın.
Pis keyfiyyətli, nəm və kiflənmiş samanı nəinki heyvana verməkdən, həmçinin heyvanların altına sərməkdən çəkinin, bu, heyvanın sağlamlığı üçün pis təsir edir və onun məhsuldarlığının zəifləməsinə və yem qəbulunun azalmasına səbəb olur.