Otlaq sahəsində
gübrələmənin
aparılmasını yoxlayın. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Otlaq sahəsinin heyvanların yemə olan tələbatının
ödənilməsində, məhsuldarlığın artmasında və
həmçinin heyvanların sağlamlığında böyük
əhəmiyyəti var.
- Bitki örtüyü zəngin olan otlaqda otarılan
heyvanların bədən quruluşu çox yaxşı və tükü
parlaq olur. Bu da heyvanın sağlam olmasından
xəbər verir. Yaylaq və qışlaqlarda otlayan
heyvanların ətinin keyfiyyəti, tövlədə saxlanan
heyvanlardan qat-qat yüksək olur və dadlı olur.
- Heyvanlar otlaqda otlayarkən oradan lazımi
qədər üzvi maddə əskilir, ona görə bu sahənin
gübrələnməsi əsas şərtdir. Bu, nəzərə alınarsa,
növbəti ildə də həmin sahə bitkilərlə zəngin olar və
get-gedə səhralaşma yaranmaz.
- Otlaq sahəsində bitki örtüyünün zəif olması
və torpaqda eroziyanın olması əlamətləri
gübrələmənin aparılmaması deməkdir.
|