Nəzəri biliklərin qiymətləndirilməsi
Test sualları 7.
Sual 1. Heyvanların bəslənməsində çayır otunun rolu nədir?
A) Məhsuldarlığı azalır
B) Yüksək məhsuldarlıq
C) Aşağı ət çıxımı
D) Heç biri
Sual 2. Silosun faydaları nədir?
A) Silos digər yemlərlə qarışdırılır
B) Qüvvəli yemin verilməsi azalır
C) Yüksək məhsuldarlıq və
həzməgedicilik
D) Quru ot az verilir
Sual 3. Çayır otu bitkisinin toxumu neçə santimetr dərinlikdə əkilir?
A) 1.5-2 sm
B) 2,5-3 sm
C) 3-3,5 sm
D) 3-4 sm
Sual 4. Çəmən çayırının optimal biçin ölçüsü nə qədər olmalıdır?
A) 20-30 sm
B) 30-35 sm
C) 40-50 sm
D) 60-75 sm
Sual 5. Yonca birinci ili 3-4 çalımda hektara nə qədər yaşıl ot verir?
A) 400-600 sen/ha
B) 200-300 sen/ha
C) 200-250 sen/ha
D) 150-200 sen/ha
Sual 6. Yonca sahəsindən birinci çalımda neçə sentner quru ot almaq olar?
A) 250-200 sen/ha
B) 150-180 sen/ha
C) 100-110 sen/ha
D) Heç biri
Sual 7. Səpindən qabaq hər hektar yonca sahəsinə 30-40 ton peyin verilməsi məhsuldarlığı quru ot hesabı ilə neçə faiz artırır?
A) 10-12%
B) 17-19%
C) 20-25%
D) 30-35%
Sual 8. Yonca bitkisi üçün şumaltına hektara neçə kiloqram fosfor verilməlidir?
A) 60-90 kq
B) 110-120 kq
C) 130-150 kq
D) 200-220 kq
Sual 9. Yonca bitkisinə 6-7 yarpaq dövründə hektara neçə m3 su verilməlidir?
A) 200-350 m3
B) 220-370 m3
C) 600-800 m3
D) Heç biri
Sual 10. Pas xəstəliyi yonca bitkisinə ən çox neçənci ildə zərər vurur?
A) 1-ci ildə
B) 2-ci ildən sonra
C) zərər vurmur
D) 1-ci ilin əvvəlində
Sual 11. Yoncanı yerdən neçə santimetr hündürlükdən biçmək məqsədəuyğundur?
A) 6-8 sm
B) 12 sm
C) 15 sm
D) 20 sm