Yonca otunu qurudan zaman qiymətli qida maddələri ilə ən zəngin olan yarpaqların saxlanmasına çalışmaq lazımdır. Quraqlıq və isti rayonlarda otu zolaqlarla (sərilmiş halda deyil), tirələrdə qurutmaq məqsədəuyğundur. Otun dırmıqlanaraq tirələrə yığılmasına əlavə əmək sərf etməmək və zərif, qiymətli yarpaqların tökülməsinin qarşısını almaq üçün biçindən qabaq otbiçən maşınları elə təchiz etmək lazımdır ki, biçin zamanı otu tirələrə yığsın. Aparılmış bir çox təcrübələr göstərir ki, biçilmiş yonca ən tez zolaqlarda quruyur və kombinəedilmiş qurutma üsulunda biçilmiş yonca otunun zolaqlarda 4 saat ərzində soluxdurulması və tirələrdə əlavə olaraq qurudulması zamanı yonca otu daha sürətlə quruyur.
Azərbaycanda yoncanın AzNİXİ - 262 (1944), AzNİXİ - 5 (1962), AzSXİ - 1 (1967), Abşeron (1989), Aran (1996), Ağstafa -1 (2011) sortları rayonlaşdırılmışdır.
Sərbəst iş üçün tapşırıqlar