Təmizlənmiş toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək qurudurlar. Səpindən 25-30 gün əvvəl zərərverici və xəstəliklərə qarşı 1 ton toxuma (3-4/1000 litr) hesabı ilə "Senturan" və yaxud 1 ton toxuma 7 kq "Bronotak" kimyəvi preparatları qarışdırmaqla dərmanlamaq lazımdır. Səpin qabağı toxumların ammonium molibdenatla işlənməsi müsbət nəticə verir. 100 qr ammonium molibdenatı 400 qr suda həll edərək bir hektara səpiləcək toxum normasına çiləmək lazımdır. Bitkinin kökündə fır bakteriyalarının yaxşı inkişafı və məhsulun keyfiyyətli alınması üçün səpin günü toxumları rizotorfin (nitragin) bakterial gübrəsi (preparatı) ilə işləmək lazımdır. Eyni zamanda səpinqabağı toxumların molibdenlə işlənməsi də müsbət nəticə verir.
Səpin müddəti, üsulu və norması. Səpin müddətinin düzgün müəyyənləşdirilməsi normal çıxış alınması üçün əsas şərtlərdən biridir. Yoncanın bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir. Yoncanın payız səpini sentyabrın 20-dən oktyabrın 30-dək başa çatdırılmalıdır.
Yoncanın yaz səpini aran rayonlarında fevral ayının 20-dən martın 20-dək aparıldıqda yaxşı nəticələr alınır. Dağətəyi ərazilərdə martın 1-dən 20-dək, dağlıq ərazilərdə isə martın 20-dən aprelin 10-dək səpin aparıla bilər.
Yemlik yonca üçün toxumun səpin norması hektara 14-15 kq toxumluq məqsədilə gencərgəli üsulla, səpində isə 6-7 kq/ha birinci sinfə məxsus olan toxumlar götürülür. Birinci halda cərgəarası 7,5 və 15, ikincidə 60 sm olmalıdır. Toxumlar 1,5-2 sm dərinliyə basdırılır. Yonca öz inkişafının erkən dövrlərində fosforla qidalanmaya həssaslıq göstərir. Ona görə də toxumla birlikdə 50 kq/ha təsiredici maddə hesabı ilə
Cədvəl 2.
Yonca bitkisinin gübrələnmə dozaları (təsiredici maddə hesabı ilə kq/ha)
Nr. | Gübrənin verilməsi | N | P2O5 | K2O | |
1 | Əsas şum altına | - | 60-90 | 60-90 | |
2 | Səpinlə birlikdə cərgələrə | - | 8-10 | - | |
3 | Vegetasiya müddətində yemləmə kimi | 30-45 | 30-45 | 30-45 | |
Mənbə: İ.Abbasov, Azərbaycan və dünya ölkələrinin kənd təsərrüfatı, Bakı, 2013
dənəvərləşdirilmiş superfosfat gübrəsinin verilməsi məqsədəuyğundur.
Gübrələnməsi – Quru ot və toxum məhsulunun artmasında mineral gübrələrin yonca sahələrinə verilməsinin böyük əhəmiyyəti var. Yoncanın inkişafı üçün fosfor və kalium gübrələri verilməlidir. Torpağın mineral gübrələrə tələbatını nəzərə alaraq, yonca hər il bitki vegetasiyaya başlamazdan qabaq, yəni qış və erkən yaz mövsümündə gübrələnməlidir. Səpindən qabaq hər hektara 30-40 ton peyin verilməsi məhsuldarlığı bir hektardan quru ot hesabı ilə 10-12% artırır.