Təlim nəticəsi 3. Mühüm çəmən bitkiləri
7. Çəmən bitkilərinin əhəmiyyəti
Gövşəyən heyvanların əsas qida mənbəyini qaba yemlər təşkil edir. Otlaq-biçənək sahəsi olmayan təsərrüfatın qazanc əldə etməsi, yaxud rentabelli fəaliyyət göstərməsi mümkün deyil. Yəni yemlər heyvanın sağlamlığı baxımından mühümdür. Qaba yemsiz bəslənən heyvanlar tez-tez xəstələnir.
Heyvanların normal həyatlarını davam etdirə bilmələri və onlardan gözlənilən səmərəni tam olaraq verə bilməsi üçün onların ehtiyac duyduqları qida maddələrini müxtəlif yemlərlə almalarını təmin etmək yemləmənin ana prinsipini təşkil edir.
Heyvandarlıq təsərrüfatları iqtisadi cəhətdən sərfəli yemin təmin edilməsi üçün ilk növbədə yem bitkisinin istehsalını həyata keçirməlidirlər. Bu nöqteyinəzərdən təsərrüfatlar yem bitkilərinin istehsalına xüsusi diqqət yetirməli otlaq və biçənək sahələri üçün kifayət qədər yer ayırmalıdırlar.
Heyvandarlıq təsərrüfatlarında heyvanların həyat fəaliyyətini təmin etmək üçün lazım olan minimum yem bitkilərinə olan ehtiyac təsərrüfata məxsus əkin sahələrində yetişdirilməlidir. Kifayət qədər qaba yem qəbul etməyən heyvanların məhsuldarlıq səviyyələri aşağı səviyyədə olur.
Heyvandarlıq məhsullarının istehsalına təsir edən qulluq işləri, idarəetmə və yemləmə və s. faktorlar vardır. Ancaq bunların ən əhəmiyyətlisini yemin istehsalı təşkil edir. Digər şərtlər nə qədər yaxşı olursaolsun, qeyri-kafi bəslənmə nəticəsində heyvandarlıq məhsulunun arzuolunan səviyyədə istehsalına nail olmaq mümkün deyil.
Ölkədə heyvandarlığın yemlə təchiz olunmasında rast gəlinən problemlərdən biri də qaba yemə olan ehtiyacın ödənilməsidir.
Yemlər içərisində ən çox əhəmiyyətə malik yemlərdən biri silosdur.
Silosun faydaları: