Örüşdə yaşıl otun
həcminə və keyfiyyətinə
diqqət edin. |
- İş paltarını geyinin.
- Örüşə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Heyvanın yem axuruna diqqət yetirin, əgər
qabağında yem yoxdursa, yem itələyici ilə yemi
heyvanların qabağına itələyin.
- Heyvanların dırnağına və yelininə baxın. Əgər
heyvan axsayırsa, yaxud dırnağında yaralanma
görmüsünüzsə, dərhal həkimi, yaxud feldşeri
məlumatlandırın.
- Heyvan yıxılmışdırsa, onu həkimin yardımı ilə
qaldırın.
- Yaşıl otun miqdarı lazımsız otların miqdarından
daha çox olmalıdır. Tikanlı və zəhərli alaq otları
yaşıl otun inkişafına mane olur və heyvanı
zədələyir, yaxud tələfatına səbəb olur.
- Yaşıl otun hündürlüyü ən azı 25-30 sm olmalıdır.
Otun göstərilən ölçüdən kiçik olması heyvanın
yem qəbulunu çətinləşdirir, heyvan yorulur və yem
qəbulu azalır. Bu da məhsuldarlığın azalmasına
səbəb olur.
- Örüşün ot örtüyü çox azdırsa, bu, örüşün
həddindən artıq yüklənməsi deməkdir ki, nəticədə,
səhralaşmaya səbəb ola bilər.
- Bütün bunları qeyd edin və təsərrüfat sahibini,
təcrübə rəhbərini məlumatlandırın.
|