Nəzəri biliklərin qiymətləndirilməsi
Test sualları 2.
Sual 1. Yaylaqlar dəniz səviyyəsindən neçə metr yüksəkliyindən başlayır?
A) 3500-4000 metr
B) 2500-3000 metr
C) 1500-2000 metr
D) Heç biri
Sual 2. Yaylaqların maksimum yüksəkliyi təxminən nə qədərdir?
A) 3000-3500 metr
B) 2500-2650 metr
C) 1500-2000 metr
D) 500-1200 metr
Sual 3. Yaylağa çıxmaq hansı aylara təsadüf edir?
A) Yanvar-fevral
B) Noyabr-dekabr
C) Aprel-may
D) Heç biri
Sual 4. Heyvanların yaylaqda otarılan zaman baxımsızlıq ucbatından çox rast gəlinən xəstəliyi hansıdır?
A) Dırnaq və ayaq xəstəlikləri
B) Pasterellyoz xəstəliyi
C) Heyvanlarda susuzluq
D) Heyvanların sürüdən geridə qalması
Sual 5. Optimal yaylaq nə deməkdir?
A) Növbəli otarma və heyvanların
yüksək məhsul əldə etməsi
B) Sağlam bitki örtüyü və təmiz ucsuzbucaqsız
sahə
C) Heyvanların tövlədən çıxarılıb dağda
otarılması
D) Heyvanlara nəzarət edilməsi,
dırnaqlarının təmizlənməsi
Sual 6. Qoyunlara gündə təxminən neçə dəfə su verilməlidir?
A) 2 dəfə
B) 4 dəfə
C) 6 dəfə
D) 7 dəfə
Sual 7. Yaylaqda olan zərərli bitkilərin heyvana hansı mənfi təsiri var?
A) Zərərli bitkini heyvan yemir
B) Heyvan bitkini seçərək yeyir
C) Zəhərlənmə və zədələnmə
D) Az yem yeyir
Sual 8. Çadırları qurarkən təhlükəsizlik baxımından nə nəzərə alınmalıdır?
A) Sel sularından uzaq qurulmalıdır
B) Meşənin kənarında qurulmalıdır
C) Heyvanlar sığınacaqda saxlanmalıdır
D) Heç biri
Sual 9. Yaylaqlarda heyvanların su ehtiyacları necə qarşılanır?
A) Su qablarda verilir
B) Hovuz, su qaynaqları və axar
sulardan istifadə edilir
C) Suyun verilməsi bir xətt üzrə aparılır
D) Heyvanlara təmiz suyun verilməsi
təmin edilir
Sual 10. Heyvanlara veriləcək duz miqdarı necə müəyyən olunur?
A) Heyvanlara veriləcək suyun
miqdarından asılı olaraq
B) Yemin keyfiyyətindən və heyvanın
vəziyyətindən asılı olaraq
C) Heyvanın növü, istilik və yemdən
asılı olaraq
D) Duz, əsasən, daşların üzərinə
tökülərək verilir