Beləcə, heyvanların da örüşlərdə bərabər şəkildə paylanaraq otlamaları təmin edilmiş olur. Yaşıl yem ilə qidalanan dövrlərdə heyvanların duz ehtiyacı artır.
Heyvanlara veriləcək duz miqdarı aşağıdakılardan asılıdır:
2.4.5. Yaylaqda sağım yerlərinin təşkili
Sağım səhərin erkən saatlarında və axşamçağı olmaq üzrə 2 dəfə aparılır. Yaxşı sağıcı bir qoyunu 1-2 dəqiqədə sağır. Sağım yerlərinin kölgədə olmasına diqqət yetirilməlidir. Heyvanlar toplanma yerlərinə qurulan sığınacaqların içinə aparılır. Sığınacağın bir hissəsi sağım bölməsi olaraq istifadə edilir və sonra sıra ilə ana qoyunların sağımı aparılır.
Sərbəst iş üçün tapşırıqlar