Nəzəri biliklərin qiymətləndirilməsi
Test sualları 1.
Sual 1. Qoyunçuluq təsərrüfatlarında heyvanların otarılması isti aylarda harada aparılır?
A) Qışlaqda
B) Yaylaqda və qışlaqda
C) Yaylaqda
D) Heç biri
Sual 2. Qoyunçuluq təsərrüfatlarında heyvanlar soyuq aylarda harada otarılır?
A) Yaylaqda və qışlaqda
B) Qışlaqda
C) Otlaqda
D) Növbəli otarma
Sual 3. Heyvanların otlaqda otlamasının faydaları nədir?
A) Məhsuldarlıq, təsərrüfatın idarəsi
B) Otların biçilməsi və qurudulması
C) Heyvanların çölə çıxarılması və
otarılması
D) Sağlamlıq, yüksək məhsul, qazanc
Sual 4. Otlaq və biçənək sahəsində əsaslı olaraq nəyə çox yer verilir?
A) Qarğıdalı silosu
B) Buğda
C) Çəltik
D) Yabanı bitkilər
Sual 5. Mallar otları dilləri ilə neçə santimetr yüksəklikdən qopararaq otlayırlar?
A) 0-1 sm
B) 1,5-2 sm
C) 2,7-3,5 sm
D) 4-5,5 sm
Sual 6. Otarılmanın tutumuna hansı faktorlar təsir edir?
A) Gübrələmə, otarılma müddəti, yağış
B) Tövlə şəraiti və yemləmənin təşkili
C) Suyun verilməsi və su qablarının
təmizliyi
D) Heç biri
Sual 7. Otlaq sahələrinin neçə otarılma sistemləri vardır?
A) 5
B) 4
C) 3
D) 2
Sual 8. Normal otlağın xüsusiyyətləri nədir?
A) Heyvanların dırnağı sağlamdır
B) Zəngin keyfiyyətli bitki örtüyü
C) Tövlə təmiz və yaxşı samanlanmış
olmalıdır
D) Yabanı bitkilərin miqdarı çox
olmalıdır
Sual 9. Başqa heyvanları əmən heyvanlara nə bağlanır?
A) Burunluq bağlanır
B) Tövlədə saxlanır
C) Sabit bir yerə bağlanır
D) Heç biri
Sual 10. Nəzarətli otarılma sistemi nə deməkdir?
A) Yaylaqda otarılma
B) Planlı otarma
C) Qışlaqda otarılma
D) Heyvanların örüşə aparılması