Yaylaqda qoyunların
saxlanmasını müşahidə edin. |
- İş paltarını geyinin.
- Heyvanların olduğu yerə girməzdən əvvəl
ayaqqabılarınızı dezinfeksiya vannasına salın
(əgər varsa).
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Qoyunların vəziyyətini yoxlayın, əgər onların
vəziyyətində narahatlıq varsa, dərhal baytar
həkimini məlumatlandırın.
- Su və yem qablarının təmizliyini yoxlayın, əgər
təmiz deyilsə, həmin qabları təmizləyib, təyin
olunmuş miqdarda doldurub, yenidən yerinə
qoyun.
- Qoyunların saxlandığı yerin təmizliyini,
quruluğunu yoxlayın.
- Yaylaqda heyvanların çox qalma halı varsa,
deməli, yaylağın bitki örtüyü azalmışdır, bu haqda
dərhal fermerə, yaxud baş çobana məlumat verin.
- Belə halda sürüdə parazit, qurd xəstəlikləri ola
bilər.
|
Yaylağa çıxmazdan əvvəl
heyvanların vəziyyətini
yoxlamaq
|
- İş paltarını geyinin.
- Heyvanların olduğu yerə girməzdən əvvəl
ayaqqabılarınızı dezinfeksiya vannasına salın
(əgər varsa).
- Əvvəlcə heyvanların dırnağına baxın.
- Heyvanda axsama varsa, yaxud ayağını yüngül
çəkirsə, bu haqda dərhal işçiləri, baytar həkimini
məlumatlandırın.
- Boğaz və yaxud çox zəif heyvanları da qeyd edin
və işçilərə bildirin.
- Axsayan, zəif və döl verməsinə az qalan
heyvanlara xüsusi diqqət yetirilməlidir.
|