Fasilə ilə otarma sistemi: Bu sistemin əsası otlaq yetişkənliyinə gəlmiş olan otlağın dərhal otarılmayıb, otarılmanın gecikdirilməsinə
əsaslanır. Bunun vasitəsilə həm yeni cücərtilərin çıxması təmin edilir, həm də yetkin
bitkilərin böyümə və inkişaf gücləri artır ki, bu da otlaq sahəsinin bitki örtüyünün
daha da zənginləşməsinə səbəb olur.
Fasilə ilə növbəli otarma: Bu sistemdə hər bir otlaq sahəsi ən az iki il müddətlə gec
otarmaq şərti ilə bitkilərin inkişafı və otlağın bitki örtüyünün zənginləşməsi və
qorunması hədəflənir.
Növbəli otarma sistemi: Bu sistemdə də otlaq sahəsi 3 və ya daha çox hissəyə ayrılır.
Sahənin böyüklüyünə, bitki örtüyünə görə hər hissədə 7-10 gün gündəlik otarma
həyata keçirilir.
Rasion və ya hissə ilə otarma sistemi: Bu otarılma sistemi xüsusilə südlük malqaralar
üçün tətbiq olunur. Heyvanlar hər gün yeni bir hissəyə çıxarılır. Beləcə,
inəklər hər gün təzə və körpə otları yemiş olur. Bunun nəticəsində sağmal inəklərdən
daha çox süd məhsulu əldə etmək mümkün olur.
Tövlədə bəsləmə sistemi: Heyvanların otlaqda bəslənərkən otlağa zərər verdikləri
düşüncəsiylə, otları biçərək heyvanların tövlədə bəslənmə sistemidir.