• Otarılma müddəti;
• Becərilmə və gübrələmə.
Otlağın tutumunu təcrübi olaraq hesabladıqda nəzərə almaq lazımdır ki, 500 kq canlı kütləsi olan bir inəyin 200 günlük bir otarılma müddəti ərzində təxminən 20 hektar otlaq sahəsinə ehtiyacı var. Bir sözlə desək, 1000 hektar sahədə 200 günlük otarılma dövründə 50 ədəd inək və ya 250 qoyun otlaya bilər.
Otlaq sahələrinin quruluşunun pozulmaması və ən yüksək səmərəni əldə edə bilmək üçün "uniform otarma" texniki qaydasına da əməl etmək lazımdır. Bunun köməyilə heyvanlar üçün ayrılmış örüş sahələrindən daha yaxşı faydalanmaq olar.
Bütün bunlara baxmayaraq, otlaq sahələrinin müəyyən bir otarılma sistemləri var: