Südlük maldarlıq təsərrüfatlarında ümumi istehsal başlıca olaraq şəxsi təsərrüfatda əldə olunan qaba yemə görə təyin edilir. Xüsusilə burada çəmənlik və biçənəklərə aid sahələr aydın şəkildə üstünlük təşkil edir, əsasən, çoxillik biçənək sahəsi birinci yerdə durur. Heyvandarlıq təsərrüfatlarında otlaq və biçənəklərə yönəlmiş diqqətin əsas səbəbi yüksək məhsuldarlıq, yem keyfiyyətinin yüksək olması, istehsalın təhlükəsizliyini təmin etmək və xərclərin azaldılmasıdır. Yaşıl sahədə heyvanın otarılması süd istehsalında təsərrüfatın rəqabət qabiliyyətini də artırır. Otlaq sahəsinin ayrılmasında əsas şərtlərdən biri odur ki, yaşıl otlaq sahələrilə bağlı rasionlar genetik artan məhsuldarlıqla heyvanın tələblərini ödəyə bilir.
1.1. Örüşdə otarılma üsulları
Heyvanlar üçün ayrılan otlaq sahələri müəyyən bir sistemə görə istifadə edilmədikdə qısa zaman ərzində yararsız vəziyyətə düşə bilər. Bu səbəblə otlaqlardan istifadə etməyin müəyyən əsasları vardır. Əvvəla, otlaqdakı yem bitkilərinin hər mövsümdə otarılmaya qarşı göstərdiyi reaksiya fərqlidir. Bu səbəblə çəmənlik bitkilərinin otarılmadan zərər görməmələri üçün heyvanların müəyyən dövrlərdə otarılması lazımdır. Otlaq mövsümünü "kritik periodlar" və "otlaq yetişkənliyi dövrü" müəyyən edir.
Ayrıca otlağın quruluşunun pozulmaması və otlaqdan daha çox səmərə ala bilmək üçün otlaq mövsümündə onun tipinə uyğun heyvan növü ilə otarmaq lazımdır. Hər heyvan növünün otlamaq şəkli fərqlidir. Ayrıca heyvanların otladıqları bitkiləri seçmək kimi bir xüsusiyyətləri var.
Mallar otları dilləri ilə kökdən 1,5-2 sm yüksəklikdən qopararaq otlayırlar. Örüş sahəsinə ilk çıxdıqlarında əvvəl bitkilərin yarpaq uclarını qopardıqlarına görə otlağa çox zərər vermirlər. Çox tez-tez və çox sayda heyvanın eyni otlaq sahəsində uzun müddət otarılması həmin sahəyə zərər verir. Bəzi hallarda qoyun və atların xarab etdiyi otlaq sahəsində inəkləri otararaq, həmin sahənin bərpası üçün mübarizə aparmaq olar.
Otlaqlara ən çox zərər verən heyvanlar keçi və qoyunlardır. Otları dişləri və dodaqlarıyla qopardıqlarından bitkilərin köklərinə yaxın hissəsindən qoparırlar. Qoyun otarılması planlı şəkildə aparılmazsa, bu zaman otlaq sahələri böyük zərər görə bilər.
Bütün bunlarla yanaşı, hər örüş sahəsinin müəyyən bir otarılma planı vardır. Uzun illər örüşə zərər vermədən otarıla biləcək heyvan sayına "otarılma həcmi " deyilir.
Otarılmanın tutumuna bəzi faktorlar təsir edir:
• Otlağı təşkil edən bitkilərin quruluşu və çeşidi;
• Bitki örtüyünün sıxlığı;
• Yağış;
• Otlayan heyvanın növü;