Kür-Araz ovlağında, Naxçıvan Muxtar Respublikasında, Abşeron yarımadasında, Siyəzən-Sumqayıt massivlərində torpaqların böyük bir hissəsi şoranlaşaraq yararsız hala düşmüşdür. Otlaqların və biçənəklərin həm təbii yem bazası kimi heyvandarlığın inkişafında, həm də ətraf mühitin qorunub saxlanmasında mühüm rol oynadığını nəzərə alaraq onlardan səmərəli istifadə edilməsi, yararsız hala düşmüş belə torpaq sahələrinin bərpası və mühafizəsinin gücləndirilməsi dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Həmçinin yemin ucuz əldə olunması keyfiyyətsiz yem istifadə etmək deyil. Çünki heyvanların çayır, örüşlərdə və yaylaqlarda otarılması nəticəsində sağlam və bol məhsul əldə etməklə yanaşı, ucuz və keyfiyyətli yem də əldə etmiş olarıq. Təsərrüfatların gəlirinin artması ölkə iqtisadiyyatına də müsbət təsir göstərir. Təsərrüfat sahiblərinin biçənək, örüş və yaylaqları yaxşı və planlı istifadə etməsi, lazımi səviyyədə qoruması gərəkdir.
Sağlam və keyfiyyətli otlaqlar hər zaman sağlam heyvanlar deməkdir. Siz də bu modulla heyvanlarınızı sağlam, keyfiyyətli və ucuz yemlərlə yemləməyi öyrənəcək və sağlam, bol məhsul əldə edəcəksiniz.