Məqsəd:
Təhsilalan yemçiliyin əsaslarını bilir və bununla da yem bitkilərinin səmərəli əkilməsi
üçün bütün lazımi tədbirləri həyata keçirməyi bacarır. Təsərrüfatda növbəli əkini
müəyyənləşdirən faktorları bilir və bitki tərkibini tələbata əsasən lazımi qida maddələri
ilə təmin etməyi və zərərvericilərdən mühafizə etməyi bacarır.
Bitkilərin inkişaf mərhələləri haqqında biliklər əsasında təbiət hadisələrindən asılı
olmayaraq, yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etmək üçün tələb olunan
bütün tədbirləri düzgün və vaxtında tətbiq etmək iqtidarındadır. O, yem bitkilərinin
biçilmə vaxtlarını müəyyən edə bilir, məhsul yığımını həyata keçirməyi və ya məhsul
yığımını təşkil etməyi bacarır. O, məhsulun düzgün saxlamasını təşkil edə bilir.
Təhsilalan öz regionu üçün mühüm olan əsas yem bitkilərinin xüsusiyyətlərini bilir.
Birinci tədris ilində əldə edilmiş bitkiçilik üzrə ümumi ilkin biliklər (gübrələmə,
torpaqşünaslıq və s.) bunun üçün əsas şərtdir.
Tədrisin məqsədi |
Tədrisin məzmunu (nəzəri) |
Dərs saatları (nəzəri) |
Tədrisin məzmunu (praktiki məşğələlər) |
Yemçiliyin imkanları haqqında anlayışa malik olur və heyvandarlıq və növbəli əkin üçün yemçiliyin əhəmiyyətini bilir. | Yemçiliyin əhəmiyyəti. Qaba yem istehsalı. Növbəli əkinə dəstək olmaq. Paxlalılar tərəfindən azotun formalaşdırılması. Eroziyadan müdafiəsi. | 10 | Torpaq sahələri üzrə yem bitkilərinin məhsuldarlığının müəyyənləşdirilməsi. Mühüm məlumatların və xərclər haqqında məlumatların toplanması. |