Torpağın birinci və əsas becərilməsi şumlanmasıdır. Şumlanma kotanın mexanizmindən, torpaq sahəsinin ölçülərindən, istehsal vaxtından asılı olaraq müxtəlif üsullarla aparılır.
▸ Sürək üsulu ilə istənilən endə olan torpaq sahəsini
şumlamaq məqsədəuyğundur;
▸ Adi kotanla aparılan naxışlı şum üçün eni və
uzunluğu böyük rəqəmlərlə ölçülən torpaq sahələri
məqsədəuyğundur;
▸ Hamar və ya başdan-başa şum zamanı bir diş-bir
bölməli şırım alınır.
Kotanla şumlama zamanı birdən-birə daş-kəsəksiz yaxşı şum almaq olmur. Kövşənli torpaq sahəsi elə şumlanmalıdır ki, bitki qalığı şırımın dibində torpaqla örtülü olsun. Yaxşı nəticə əldə etmək üçün şumlama vaxtında, (torpağın kifayət qədər nəmliyi olan zaman), lazım olan dərinlikdə və endə aparılmalıdır. Yüngül birkorpuslu kotan 15-22 sm enində torpaq təbəqəsini düzgün çevirir. Daha ağır kotan isə 30 sm enində torpaq təbəqəsini düzgün çevirə bilir.
Torpağın becərilməsi zamanı şumun dərinliyi böyük əhəmiyyət kəsb edir. Üzdən şumlama zamanı dərinlik 9-13 sm, dərindən şumlama zamanı dərinlik 18 smdən çox və orta şumlama zamanı dərinlik 13-18 sm olmalıdır.
Torpağın şumlanma dərinliyi torpağın özü və ya əkiləcək bitki nəzərə alınmaqla müəyyənləşdirilir. Torpaq qatı qalın olduqda dərindən, dayaz olduqda isə üzdən şumlama aparılmalıdır. Çünki torpaq qatı dayaz olan sahədə dərindən şum aparılan zaman qeyri - məhsuldar torpaq sahəsi səthə çevrilə bilər. Kökləri torpağın dərinliyinə gedən bitkilər üçün dərindən şum zəruri sayılır. Məsələn: çuğundur və kartof bitkiləri.
Şumdan sonra torpağın malalanması kəltənin dağıdılması, torpağın narınlaşdırılması və su və hava rejiminin nizamlanması üçün həyata keçirilir.