Təlimin nəticəsi olaraq iştirakçılar yem bitkiləri əkini üçün lazım olan torpaq sahəsinin müxtəlif üsullarla şumlanması, malalanması, şırım və ya bütöv şəkildə toxum səpilməsi, gübrə verilməsi, dərmanlanması üçün lazım olan texnikalar, həmin texnikaların iş rejimi, məhsuldarlığı barədə ətraflı bilik və bacarıqlara yiyələnəcəklər. Həmçinin yem bitkilərinin vegetasiya dövrü ərzində suvarılma işlərinin innovativ texnologiyaların tətbiqi ilə aparılması, hazır məhsulun biçilməsi, qurudulması və ya konservləşdirilməsi, saxlanılması üçün zəruri texnikaları yaxından tanımaq, onların iş prinsiplərini öyrənmək imkanı əldə edə biləcəklər.
Yem bitkiləri istehsalı üçün müxtəlif texnikalardan istifadə olunur. Torpağın şumlanması üçün şum traktorları, kotan,dırmıq, mala və s. avadanlıqların olması vacibdir.
Traktorun mümkün sürəti 7-8 km/saat qəbul edilir. Yarımasılı şum aqreqatı yüksələn dartı qüvvəsinə malik olan traktor üçün hesablanır. Şum aqreqatının 4-9 kotanlı korpusu var. Müasir aqreqatlar iş zamanı 180 dərəcə dönmə manevrliliyi ilə fərqlənir. Ağız eni (götürümü) 4 variantda 30-50 sm arasında dəyişə bilir. Yem bitkilərinin əkinində müxtəlif torpaq becərmə, səpin, biçin texnikalarından istifadə edilir. Hər bir texnika öz texnoloji üstünlükləri ilə fərqlənir. Aşağıdakı cədvəldə müxtəlif texnia və aqreqatların adları, şəkilləri və xüsusiyyətləri əks olunmuşdur.