2.4 Yem bitkiləri tərkibinin qiymətləndirilməsi
Yem bitkilərinin dəyəri onların keyfiyyəti, qidalılığı, həzməgetməsi, heyvanlar tərəfindən yeyilməsi göstəriciləri ilə formalaşır.
Yemlərin keyfiyyətinin müəyyənləşdirilməsinin geniş yayılmış forması kimyəvi tərkibinin qiymətlənirilməsindən ibarətdir. Kimyəvi tərkibi müəyyənləşdirərkən ilk növbədə su və quru maddə (üzvi və qeyri-üzvi maddələrdən ibarət) nisbəti yoxlanılır. Daha sonra üzvi maddələr: azotlu (zülal və amidlər) və azotsuz (yağlar, karbohidratlar və üzvi turşular) birləşmələr və bioloji aktiv maddələrin (vitaminlər, fermentlər) miqdarı müəyyən olunur.
Yem bitkilərinin kimyəvi tərkibinin qiymətləndirilməsində aşağıdakı cədvəldən istifadə edilir.
Yemçilikdə istifadə olunan k/t bitkilərinin kimyəvi tərkibi % (B. P. Pleşkov) |
|||||||
Yem bitkisinin adı |
Su | Zülal | Xam protein |
Yağlar | Karbohi- dratlar |
Sellüloza | Kül |
Buğda (dən) | 12 | 14 | 16 | 2,0 | 65 | 2,5 | 1,8 |
Çovdar (dən) | 14 | 12 | 13 | 2,0 | 68 | 2,3 | 1,6 |
Yulaf (dən) | 13 | 11 | 12 | 4,2 | 55 | 10,0 | 3,5 |
Arpa (dən) | 13 | 9 | 10 | 2,2 | 65 | 5,5 | 3,0 |
Qarğıdalı (dən) | 15 | 9 | 10 | 4,7 | 66 | 2,0 | 1,5 |
Noxud (dən) | 13 | 20 | 23 | 1,5 | 53 | 5,4 | 2,5 |
Soya (dən) | 11 | 29 | 34 | 16,0 | 27 | 7,0 | 3,5 |
Günəbaxan(dən) | 8 | 22 | 25 | 50 | 7 | 5,0 | 3,5 |
Kartof | 78 | 1,3 | 2,0 | 0,1 | 17 | 0,8 | 1,0 |
Şəkər çuğunduru (kökü) |
75 | 1,0 | 1,6 | 0,2 | 19 | 1,4 | 0,8 |
Yem çuğunduru (kökü) |
87 | 0,8 | 1,5 | 0,1 | 9 | 0,9 | 0,9 |
Yerkökü (kökü) | 86 | 0,7 | 1,3 | 0,2 | 9 | 1,1 | 0,9 |
Yonca (yaşıl kütlə) |
75 | 3,0 | 3,6 | 0,8 | 10 | 6,0 | 3,0 |