Şəkil 21. Bostan bitkiləri
2.2 Çoxillik yem bitkiləri
Çoxillik paxlalı bitkilərin çoxlu növləri var. Lakin, əsasən, onlardan yonca, qarayonca və xaşadan istifadə olunur.
Çoxillik paxlalı bitkilər dənli bitkilərdən kök sisteminə görə fərqlənir.
Paxlalı (Leguminosae) bitkilərin kök sistemi əsas (gövdə) hissədən, az və ya çox maili köklər və onlardan çıxan yan köklərdən ibarətdir.
Bitkinin əsas kökü və gövdəsi arasında yeni zoğların inkişaf etdiyi kök boyuncuğu hissəsi var. Paxlalı bitkilərin vegetativ çoxalma hissəsi başcıq adlanır.
Aşağıdakı paxlalı bitkilər üçün əsas xarakterik cəhətlərdən biri bitkinin atmosfer azotunu mənimsəməsini təmin edən kök bakteriyalarının olmasıdır:
− Rhisobiumtrifolii–yoncanın bütün növlərində;
− Rhisobiummeliloti–qarayoncada;
− Rhisobiumsimplex–xaşada.
Kökbakteriyaları optimal və daimi nəmlik şəraitində, temperaturda, neytral və zəif turş reaksiyalı torpaqda, fosfor, kalium, molibden, kükürd və sair elementlərlə təmin olunduqda yaxşı fəaliyyət göstərir.
Paxlalı bitkilərin gövdəsi, əsasən, dik və ya sərilən formada inkişaf edir.
Yarpaqlar mürəkkəb formalı, hamaşçiçək-başcıq və ya qotaz formasında olur, həşəratlar vasitəsilə tozlanır. Toxumlar bir və ya çoxlu şəkildə, bağlı və ya açıq paxlada olur.
2.2.1 Çoxillik dənli yem bitkiləri
Çoxillik dənli yem bitkilərindən təbii biçənək və otlaqlarda, qarışıq əkinlərdə geniş
istifadə olunur. Bu bitkilərin yaxşı inkişaf etmiş saçaqlı kök sistemi var. Onların kök
sistemi torpağın üst qatında 20-30sm dərinlikdə yerləşir.