Şəkil 18. Payızlıq buğda
Yazlıq arpa tez yetişən (vegetasiya dövrü 70 gün çəkir) yazlıq bitkidir. Heyvandarlıqda geniş şəkildə istifadə olunur.
Şəkil 19. Yazlıq arpa istehsalı
Yazlıq vələmir nəmliyi və istini sevən yazlıq bitkidir. Toxumu ağ və sarı rəngdə olur. Tərkibində nişasta və zülal maddələri ilə yanaşı, çoxlu miqdarda yağ (4-6%) var. Heyvandarlıq sahəsində qüvvəli yem kimi geniş şəkildə istifadə olunur.
Şəkil 20. Vələmir istehsalı
2.1.5 Bostan bitkiləri
Bostan bitkilərinə qarpız, yemiş, yem qabağı və s. aiddir. Bostan bitkilərinin tərkibində mürəkkəb şəkərlər, vitaminlər, üzvi turşular, F, K, Fe və bir sıra digər maddələr var. Bostan bitkiləri isti hava şəraitində yaxşı inkişaf edirlər, quraqlığa davamlı,şaxtaya isə dözümsüzdür.
Tərkibində 6-7% QM (quru maddə) olan, heyvan orqanizmində 85%-dək həzməgedən qarpız heyvandarlıqda şirəli yem kimi istifadə olunur. İBM bir gündə 8-10kq, cavan İBM 3-5kq, XBH 3kq bostan bitkiləri ilə yemlənə bilər.
Bostan bitkilərini xırdalayaıb İBM və XBH-rı yemləmək olar.