Boyuncuq az və ya çox konusşəkilli olur, üzərində yarpaq və yan
kökləri olmur. Boyuncuq əsasən yerin səthində və
qisməntorpaqda inkişaf edir. Texniki və yem nöqteyinəzərindən
boyuncuq çoxlu miqdarda qida maddələri
ehtiyatına malikdir və oduncaqlaşma müşahidə
olunmur.
Kök hissəsi bütövlüklə torpaqda yerləşir və boyuncuq
hissəsi kimi yem və texniki cəhətdən tamdəyərli hissə
sayılır. Tədarük zamanı uc hissəsi (1 sm-dən az) kəsilir
və yan kökcüklər atılır.
2.1.4 Dənli bitkilər
Qarğıdalı formasına qıça və dənin quruluşuna görə müxtəlif olmaqla tərkibində digər dənli bitkilərdən az zülal və daha çox yağ (5%-dək) var ki, əsas rüşeymdə yerləşir. Qarğıdalıdan qüvvəli yem kimi heyvandarlıqda geniş istifadə olunur.
Şəkil 17. Dən qarğıdalı
Yumşaq buğda şüşə və yarımşüşəvari, nişasta konsistensiyalı yumru və ya yumurtaşəkilli, rüşeymə doğru yüngülcə genişlənmiş, dərin şırımlı formada olur.
Bərk buğda əsaslı şəkildə fərqlidir. Onun toxumu uzadılmış, rüşeymin bel hissəsində genişlənmiş, qabırğalı, kəsikdə şüşəşəkilli, açıq dənin içərisinə dərin olmayan girişli şırım formasında olur. Buğda yemindən heyvandarlıq və quşçuluqda istifadə olunur.