Qoyun südü təzə doğulan körpə quzuların yemlənməsi üçün əvəzolunmaz qidadır. Bununla yanaşı, insanların qidalanmasında da qoyun südünün rolu böyükdür. Qoyun südündən uzun müddət saxlanıla bilən, qidalılıq dərəcəsi qiymətli sayılan süd məhsulları hazırlanır. Qoyun südündən çox qiymətli bərk və yumşaq pendirlər hazırlanır. Bu pendirlər içərisində respublikamızda ən geniş yayılanı brınza pendiri dağ yamaclarında otarılan qoyunlardan alınan yüksək keyfiyyətli süddən hazırlanır.
7.2.1 Qoyun südündən alınan məhsullar
Süddən əldə olunan məhsulları təzə süd və qatıq, yoqurt, kərə yağı, təzə, yumşaq və dilimli pendir məhsulları əhatə edir.
7.2.1.1. Təzə süd
Qoyun südündəki yağ asan həzm olunan və orqanizm tərəfindən asan qəbul ediləndir. Tərkibindəki laktoza bağırsağın florasına əhəmiyyətli təsir edir, kalsium, fosfor və B qrupu vitaminlərinin yüksək tərkibi bədəndə mineral və enerji maddələrinin mübadiləsində mühüm rol oynayır. Buna görə də qoyun südü yüksək keyfiyyətli qida maddəsidir.
7.2.1.2 Yoqurt
Yoqurtun əldə olunması üçün qoyun südü pasterizə edilir, yenidən soyudulur, mayalanır və qablara doldurulur. Sonra yoqurt müvafiq soyuq yerdə saxlanmalıdır. Təqribən 12 saatdan sonra istifadə edilə bilər.
7.2.1.3 Pendir
Qoyun pendiri təzə pendir, yumşaq pendir və bərk pendir formasında market və bazarlarda təklif olunur. Qatıqdan fərqli olaraq, pendir məhsulunun əldə edilməsində pendir mayasının əlavə edilməsi mühümdür.
Qoyun südündən təzə pendir kimi yumru pendir və müxtəlif formalı pendirlər hazırlanır. Bu pendirlərə duz, tərəvəz, yağ və ədviyyatlar əlavə olunur. Təzə pendirin satışı və istehlakı tez həyata keçirilməlidir, onun saxlanması təqribən 10 günlə məhdudlaşır.