Yemləmədə təmizlik
və keyfiyyətli yemləmə
önəmlidir. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Sürüdə qoyunların xarici görünüşünə diqqət
yetirməklə bunu qiymətləndirə bilərsiniz.
- Yem axurlarının təmizliyinə baxın, əgər təmiz
deyilsə, təmizləyin.
- Yemin tərkibində tikanlı və sərt gövdəli yemlər
olmamalıdır, əgər varsa, bu yemləri mümkün
qədər daha keyfiyyətli yemlə əvəz edin.
- Yemlər yumşaq və gövşəməyə yararlı olmalıdır.
- Qüvvəli yemlər xırdalanaraq deyil, əzilmiş halda
verilməlidir. Xırdalanmış yemin heyvanlara
verilməsi yem itkisi və əlavə xərc deməkdir. Bu
zaman heyvan onu gövşəyə bilmir və yem diri
halda peyinlə çıxır.
|
Məhsuldarlığa uyğun
yemləməni müşahidə edin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Yem rasionu heyvanın yetişdirilmə
istiqamətindən asılı olaraq hazırlanmalıdır.
- Ətlik, yaxud südlük istiqamətinə görə boğaz
heyvanların yemi, doğuma az qalmış boğaz
qoyunların yemi və quzuların yem rasionu
ayrılıqda hesablanmış şəkildə verilməlidir.
- Xüsusilə yayda bitki örtüyü zəngin sahələrdə
əlavə yemə o qədər də ehtiyac olmur.
|