6.4 Məhsuldarlığa uyğun yemləmə
Məhsuldarlığa uyğun yemləmədə aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
• Ümumi tələbat = həyat fəaliyyətinə tələbat + məhsuldarlığa tələbat;
• Böyük sürülərdə yüksək məhsuldar qrupların yaradılması;
• Yemin keyfiyyətinin və qidalı maddə tərkibinin qiymətləndirilməsi;
• Yem rasionunun hesablanması;
• Tələbatın ödənilməsi, yem əlavəsinin optimallaşdırılması, normadan az və normadan
yüksək yemləmənin aradan qaldırılması (sidik daşı, asidoz, ketoz).
Qoyunların optimal yemlənməsində aşağıdakı meyarlara diqqət yetirmək lazımdır:
• Gigiyenik təmiz yemlərin istifadəsi;
• Əlavə edilmiş yemin tərkibi haqqında dəqiq məlumat;
• Təsərrüfatın özünəməxsus yemlərlə yem ehtiyatının səmərəli kombinasiyası;
• Qoyunların qida maddələrinə tələbatı (Həyat fəaliyyətini saxlamaq + Məhsuldarlıq)
öyrənilməli;
• Heyvanın yem qəbulu potensialının müəyyənləşdirilməsi;
• Yemin tərkibinə əsasən rasionun hesablanması;
• Verilmiş rasiona nəzarət, heyvanların vəziyyəti, nəcisin qiymətləndirilməsi;
• Məhsuldarlığa və gövşəməyə uyğun rasionla yemləmə;
• Yem xərclərini nəzərə almaq.
Elə etmək lazımdır ki, qoyunların yemlənməsində həm bioloji, həm də iqtisadi cəhətdən məhsuldarlıq optimallaşsın. Bazar iqtisadiyyatı baxımından bunun nəzərə alınması hər keçən gün daha böyük əhəmiyyət daşıyır.