Təlim nəticəsi 6. Qoyunların yemlənməsində məqsəd
Qoyunların yaxşı yemlənməsi dedikdə yemin gigiyenik təmiz, əlverişli qiymətə əldə oluna bilməsi, gövşəməyə yararlı və məhsuldarlığa uyğun olması nəzərdə tutulur. Burada yemin keyfiyyəti, təmizliyi, yararlı olması və məhsuldarlığa uyğun olması əsas şərtdir.
6.1 Gigiyenik yemləmə
Gigiyenik yemləmədə əsas şərtlər aşağıdakılardır:
Bununla bərabər, qoyunların senaj xəstəliyi də (listerioz) qeyd edilməlidir. Bu xəsətliyin törədicisi geniş şəkildə yayılmış listeria (Listeria monocytogenes) adlı torpaq bakteriyasıdır. Bu torpaq bakteriyasına yaxşı preslənməmiş, çirkli və yüksək pH turşuluq dərəcəsinə (> 6) malik senajın kənar təbəqələrində rast gəlinir.
6.2 Əlverişli yemləmə
Qüvvəli yem qiymətləri kifayət qədər yüksək olduğu üçün təsərrüfatlar belə yemlərin
əldə olunmasında müəyyən çətinliklərlə üzləşirlər. Buna görə də təsərrüfatların
üzərinə düşən əsas məsələ yem rasionunun optimal planlaşdırılmasını təşkil etməkdir
ki, bunun vasitəsilə iqtisadi cəhətdən səmərə əldə oluna bilsin. Əlverişli qiymət,
bununla yanaşı, hər qram qidalı maddəyə, yaxud hər meqacoul bərpa oluna bilən
enerjiyə görə götürülür.
6.3 Gövşəməyə yararlı yemləmə
Gövşəməyə yararlı yemləmənin təşkili üçün aşağıdakılara əməl olunmalıdır: