Sual 8. Əkiz balalı qoyunun gündəlik quru ota olan tələbatı nə qədərdir?
A) 2,4 kq
B) 2,2 kq
C) 1,4 kq
D) 0,6 kq
Sual 9. Yemləmədə mühüm olan amillər hansılardır?
A) Heyvanların kökəldilməsi
B) Heyvanların südlük istiqamətdə
yemlənməsi
C) Heyvanların ətlik istiqamətdə
yemlənməsi
D) Yüksək keyfiyyətli yem,
məhsuldarlığa görə rasion
Sual 10. 70 kq diri çəkidə əkiz dölü olan boğaz qoyun üçün gündəlik quru ota tələbat nə qədərdir?
A) 1,8 kq
B) 2,5 kq
C) 2,9 kq
D) 3,7 kq
Sual 11. Quzuların yetişdirilməsi neçə istiqamətdə aparılır?
A) 4 istiqamətdə
B) 3 istiqamətdə
C) 2 istiqamətdə
D) Heç biri
Sual 12. Quzular isti südü normalda hansı temperaturda qəbul etməlidir?
A) 35 0C
B) 36,5 0C
C) 38 0C
D) 39 0C
Sual 13. Quzuların yemlərlə bəslənməsi zamanı nəyə diqqət etmək lazımdır?
A) Quzular ana qoyunun yanında
olmamalıdır.
B) Yerin təmizliyinə, keyfiyyətli yemə
və sərbəst yem qəbuluna nəzarət etmək
lazımdır.
C) Quzular otlaqda ayrı otarılmalıdır.
D) Heç biri düzgün deyil.
Sual 14. Mayalanmadan sonrakı ilk 3 ayda dölün inkişafı necə olur?
A) Zəif olur.
B) Döl yaxşı inkişaf edir.
C) Döl sürətlə inkişaf edir.
D) Döl inkişaf etmir.
Sual 15. Quzuların inkişafında kalsiumun rolu nədən ibarətdir?
A) Heyvanda iştahasızlıq əmələ gətirir.
B) Sümüyün inkişafı üçün gərəklidir.
C) Otlaqda bitki örtüyü tələbatını ödəyir.
D) Həzm sistemini nizamlayır.